Netanyahu parlamentdən aldığı etimad səsi ilə İsrailin 6-cı prezidenti olduqdan sonra Bayden açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Benyamin Netanyahunun liderliyində yeni qurulan hökumətlə işləməyi səbirsizliklə gözlədiyini deyən Bayden, İsrail və Fələstin arasında iki dövlət həllini təhlükə altına sala biləcək siyasətlərə qarşı çıxmağa davam edəcəyini vurğulayıb:
"Mən vəzifəyə gəldiyim gündən bəri etdiyimiz kimi, Birləşmiş Ştatlar iki dövlət həllini dəstəkləməyə və onun həyat qabiliyyətini təhlükə altına qoyan və ya qarşılıqlı maraqlarımız və dəyərlərimizlə ziddiyyət təşkil edən siyasətlərə qarşı çıxmağa davam edəcək".