BMİ 2022-ci ildə dünya üzrə öldürülən jurnalistlərin sayını açıqladı

16:55 - 30 Dekabr 2022

BMİ  2022-ci ildə dünya üzrə öldürülən jurnalistlərin sayını açıqladı

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) 2022-ci ilin jurnalistlərin təhlükəsizliyi üçün “dağıdıcı” il olduğunu qeyd edərək, bu il 66 jurnalist və mətbuat nümayəndəsinin işini yerinə yetirərkən həlak olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu il Rusiya-Ukrayna müharibəsini izləyən 9 mətbuat nümayəndəsnin, Meksikada 14 jurnalistin öldürüldüyü barədə məlumatı paylaşan BMİ, sayların artmasında bu iki bölgədəki itkilərin ciddi rol oynadığını bildirib.

Açıqlamada, Əl-Cəzirə televiziyasının təcrübəli qadın müxbiri Şirin Əbu Akilenin 2022-ci ilin may ayında İsrail qüvvələrinin İordan çayının qərb sahilində keçirdiyi əməliyyatda öldürülməsinin bu ilin ən qorxulu hadisəsi olduğu qeyd edilib.

"Dövlətlərin jurnalistlərə qarşı hücumlarda ədaləti təmin etməməsi mətbuata qarşı zorakılıq üçün münbit zəmin yaratmağa davam edir. BMİ bütün dünya hakimiyyətini cəzasızlığa son qoymağa və jurnalistlərin müdafiəsini təmin etməyə çağırır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az