ABŞ-ın Vaşinqton ştatının “Airway Heights” şəhərindən olan cütlük polis tərəfindən həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 28 yaşlı Aleksander Kurmoyarov və 33 yaşlı Mandi Miller üç ay əvvəl dünyasını dəyişən 8 yaşlı qızlarının cəsədləri ilə səyahət edərkən yaxalanıblar. Araşdırmalar davam edərkən cütlüyün verdiyi açıqlamada qızları ilə daha çox vaxt keçirmək istədiklərini söylədikləri bildirilib.
Cütlük bir uşağın ölümünü bildirməməkdə günahlandırılaraq həbs edilib.