Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə videokonfrans vasitəsilə görüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ilə Çin arasında əlaqələrin mühüm sınaqlardan keçdiyini bildirən Putin, "Geosiyasi gərginliyin artması fonunda Rusiya-Çin strateji tərəfdaşlığının sabitləşdirici amil kimi əhəmiyyəti artır. Münasibətlərimiz bütün sınaqlara qarşı dözümlülük və sabitlik nümayiş etdirir və dinamik inkişaf etməkdə davam edir. Əvvəllər də qeyd etdiyimiz kimi, bu əlaqələr XXI əsrdə böyük dövlətlərin əməkdaşlığı tarixində ən yaxşı modeldir” – deyib.
O, Rusiya və Çin orduları arasında əməkdaşlığı artırmaq istədiklərini bildirib. Si Cinpin isə cavabında, "Çin Ukrayna böhranının sülh yolu ilə həllində konstruktiv rol oynayacaq" – bəyan edib.