“Narazıyam, Qarabağ məsələsinə biganədirlər” - Separatçı Vardanyan İrəvanı ittiham etdi

18:43 - 30 Dekabr 2022

“Narazıyam, Qarabağ məsələsinə biganədirlər” - Separatçı Vardanyan İrəvanı ittiham etdi

“Mənim narahatlığım və narazılığım ondan irəli gəlir ki, erməni xalqı Qarabağ məsələsi kimi mühüm məsələyə lazım olduğu qədər reaksiya vermir”.

 

Manset.az bildirir ki, bu sözləri separatçı Xankəndi guruhunun “dövlət naziri” elan edilən milyarder Vardanyan “5-ci kanal”a müsahibəsində deyib.

Vardanyan Ermənistanı və onun vətəndaşlarını Qarabağ əhalisinin düşdüyü bu günkü vəziyyətə laqeyd yanaşmasından narazılıq edib: “Qarabağ kimi mühüm məsələyə biz lazım olduğu güclə reaksiya vermirik. Mənim narazılığı bununla bağlıdır”. 

“Əgər biz Qarabağ uğrunda sona qədər mübarizə apara bilməsək bu hiss bizim səhvimiz olacaq. Biz Qarabağda nə baş verdiyini, Qarabağın gələcəyinin Ermənistana necə təsir edə biləciyini 100 faiz hiss etmirik. Bəzilərində Qarabağa qarşı biganəlik var”– deyə Vardanyan Paşinyan hökümətinin “bostanına daş atıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az