ABŞ-da qar fırtınası və insan tələfatı artarkən, ABŞ prezidenti Co Baydenin ailəsi ilə bir həftəlik tətili gündəm olub.
Manşet.az xəbər verir ki, ABŞ-ın böyük hissəsi qar fırtınası ilə mübarizə apararkən, ABŞ prezidenti Baydenin Karib dənizi sahilinə tətilə gedib.
ABŞ-da qar fırtınası nəticəsində indiyədək 65 nəfər ölüb.
ABŞ-ın böyük bir hissəsinə təsir edən qar fırtınası yüz milyondan çox insanın həyatına mənfi təsir göstərərək, ölkənin əksər bölgələrində hava və quru nəqliyyatını iflic edib. Buffalo Niaqara Beynəlxalq Hava Limanı fırtına səbəbindən bağlı qalır.
Viskonsin ştatının Miçiqan gölünün sahilindəki Gills Rok qəsəbəsində qar fırtınası baş verdikdən sonra həyat dayanıb.
Sahil estakadası və hədiyyə dükanı tamamilə donub. 100 il yaşı olduğu bildirilən binanın çöl hissəsinin tamamilə donduğu müşahidə edilib. Ölkə daxilində qütb soyuqluğundan həyatını itirənlərin sayı 65-ə çatarkən, Bufalloda avtomobilində kömək gözləyən qadın donaraq öldü.
Baydenin tətili Respublikaçılar Partiyasının bəzi üzvlərinin reaksiyasına səbəb olub.
Davud