Roma Papası XVI Benedikt VƏFAT ETDİ

14:53 - 31 Dekabr 2022

Roma Papası XVI Benedikt VƏFAT ETDİ

Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni bildirib.

Almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib.

Benedikt 2013-cü ilin fevralında sağlıq durumunu əsas gətirərək pontifik postundan istefa verib.

XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az