Pelenin anası oğlunun öldüyünü bilmir

17:35 - 31 Dekabr 2022

Pelenin anası oğlunun öldüyünü bilmir

Dekabrın 29-da dünyasını dəyişmiş braziliyalı əfsanəvi futbolçu Pelenin anası Selesta Arantes oğlunun ölümündən xəbərsizdir.

Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu keçmiş hücumçunun bacısı Maria Lusia do Naskimento deyib.

“Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil”.

Qeyd edək ki, Selesta Arantes ötən ay 100 yaşını qeyd edib. Pele 82 yaşında vəfat dünyasını dəyişib. Əfsanəvi forvard yanvarın 3-də dəfn olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az