İstanbulun Sabiha Gökçen hava limanında park edilmiş təyyarəni yedəkləyən yerüstü nəqliyyat vasitəsinin nasazlığı səbəbindən təyyarə uçuş-enmə zolağından çıxarıla bilməyib.Bu səbəbdən uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Manset.az xəbər verir ki, aeroporta enməli olan təyyarələr bir müddət havada dövrə vurmalı olub.
Nasaz avtomobil uçuş-enmə zolağından çıxarıldıqdan sonra hava limanının fəaliyyəti normallaşıb.