Braziliyanın “Santos” futbol klubunun stadionunda əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçirilir.
Manset.az xəbər verir ki, mərasimdən “Globo” portalı canlı yayım edib.
Futbolçu ilə vidalaşmağa gələnlər arasında ailə üzvləri ilə yanaşı idmançılar, hökumət rəsmiləri, həmçinin FİFA prezidenti Canni İnfantino da var.
***18:55
Əfsanəvi futbolçu Pelenin tabutu vida mərasiminin təşkil olunacağı “Santos” futbol klubunun stadionuna aparılıb.
Manset.az xəbər verir ki, bu barədə keçmiş futbolçunun oğlu Edson Çolbi du Nasimento məlumat verib.
Qeyd edək ki, futbolçu karyerasının çox hissəsini “Santos” klubunda keçirib.
Öz növbəsində azarkeşlər bayraqlarla Santos şəhərinin küçələrinə çıxaraq cənazə maşınını qarşılayıblar.