Türkiyədə seçkilər vaxtından əvvəl keçirilə bilər

00:02 - 03 Yanvar 2023

Türkiyədə seçkilər vaxtından əvvəl keçirilə bilər

Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi dəyişdirilə bilər.

 

Manset.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik deyib.

“Bizim seçkiləri iyunun 18-də keçirmək üçün iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi dövrə təsadüf edir. Bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”, - deyə Çelik bildirib.

AKP rəsmisi onu da qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə bilməz. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az