Belçikada 1,5 yaşlı körpə anasının itinin hücumu nəticəsində ağır yaralanaraq qolunu və ayağını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, anası və atası ayrı yaşayan körpə anasının itinin hücumuna məruz qalıb.
Körpənin atasının yanında qaldığı, anasının isə səhər saatlarında iti ilə uşağı görməyə getdiyi bildirilib.
Anası iti ilə uşağı görməyə gedən zaman “bull terrier” itinin naməlum səbəbdən aqressivləşərək özünü körpənin üstünə atdığı bildirilib.
Körpə dərhal xəstəxanaya çatdırılıb.
Onun bir qolu və bir ayağının amputasiya edilib.
Hadisə zamanı atanın da bir barmağının qopduğu bildirilib.