BMT "təbii fəlakətlərə ən həssas" bölgəni açıqladı

17:36 - 06 Yanvar 2023

BMT \"təbii fəlakətlərə ən həssas\" bölgəni açıqladı

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) Asiya-Sakit Okean regionunu dünya miqyasında "təbii fəlakətlərə ən həssas ərazi" kimi müəyyən edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, UNESCAP-ın dərc etdiyi "2022: Fəlakətlərin üst-üstə düşdüyü və çoxaldığı il" başlıqlı hesabatda, keçən il bölgədə baş verən daşqınların dünyanın ən ölümcül təbii fəlakətləri arasında olduğu bildirilib.

Keçən ilin silsilə fəlakətlərin yaşandığı və qalıcı ziyanlar buraxdığı bir il olduğu bildirilən hesabatda ölümcül daşqınların dünyada baş verən bütün fəlakətlərin 74,4 faizini təşkil etdiyinə diqqət çəkilib.

Asiya-Sakit Okean bölgəsini dünya miqyasında "təbii fəlakətlərə ən həssas bölgə" elan edən hesabatda bölgədəki daşqınlarda ölənlərin dünya miqyasında baş verən fəlakətlərdə ölənlərin 88,4 faizi olduğu açıqlanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az