Avropada yeni biznes növü yaranıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bəzi insanlar arxalarında iri reklam lövhələri taxaraq küçələrdə gəzməyə başlayıblar. reklam lövhələri daşıyan və müəyyən saat ərzində ən işlək küçələrdə dolaşan insanlar GPS ilə izlənilir.
Həmin görüntülər sosial mediada geniş müzakirə olunub. Bu vəziyyəti etik saymayanlar da, “normal vəziyyət” kimi görənlər də var.
Digər tərəfdən, reklam lövhəsi daşıyıcı işinin daha çox Avropadakı immiqrantlar tərəfindən edildiyi bildirilib.
Manşet.az