İmran Xan Pəncab Əyalət Məclisini BURAXDI

10:13 - 16 Yanvar 2023

İmran Xan Pəncab Əyalət Məclisini BURAXDI

Pakistanda keçmiş baş nazir İmran Xan növbədənkənar ümumi seçkilər üçün federal hökumətə təzyiq göstərmək məqsədilə hakimiyyətdə olduğu Pəncabda əyalət məclisini buraxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xanın müttəfiqi Pəncabın baş naziri Pərviz İlahinin göndərdiyi ləğv qərarı 48 saat keçməsinə baxmayaraq, Pəncab qubernatoru Baliqur Rəhman tərəfindən imzalanmayıb.

Qanuna görə, 48 saat ərzində qətnamə imzalanmayandan sonra Məclis avtomatik olaraq buraxılmış sayıldı.

Məclis buraxıldıqdan sonra müvəqqəti hökumət qurulacaq və 90 gün ərzində Pəncabda yeni seçkilər keçiriləcək.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv