Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu çirkin hücumdan peşman olmadığını bildirən Paludan, ona çox ciddi təhdidlər gəldiyini bildirib.
“Sosial mediada dəqiqədə 20 mesaj gəlir və onlardan 5-i təhdiddir. Qorxuram, çünki kimsə məni öldürəcəklərini deyirlər” – deyə Paludan deyib.