İsraildən Belçikaya uçmağa hazırlaşan valideynlər Tel-Əvivin Ben-Qurion hava limanında çətin anlar yaşayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belçikaya uçmağa hazırlaşan valideynlər uşaq arabasında uşaqları üçün bilet almağa razı olmayıblar. Rəsmilərin xəbərdarlığından sonra müzakirələr başlayıb.
Körpələri üçün bilet almaqdan imtina edən cütlük onu orada tərk edərək təyyarəyə minməyə cəhd ediblər. Polis qrupları körpələrini hava limanındakı keçid məntəqəsində qoyub təyyarəyə minməyə çalışan cütlüyü saxlayıb.
Manşet.az