Güləşçilərimiz beynəlxalq turniri 6 medalla başa vurdular

22:59 - 08 May 2025

Güləşçilərimiz beynəlxalq turniri 6 medalla başa vurdular

Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında keçirilən “Çempionlar” turnirini 3 gümüş və 3 bürünc medalla başa vurublar.


Manset.az xəbər verir ki, idmançılarımız ilk və ikinci gündə olduğu kimi, sonuncu gündə də 1 gümüş və 1 bürünc medal qazanıblar.

Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz ənənəvi turniri 6 medalla tamamlayıb. Daha öncə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə edib.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.

Qeyd edək ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv