Banqladeş hökuməti Türkiyə və Suriyada həyatını itirənlər üçün milli matəm günü elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Banqladeş də Türkiyədə axtarış-xilasetmə işlərinə qoşulmaq üçün bir qrup göndərir.
Banqladeşdə 1 günlük milli matəm elan edildikdən sonra dövlət və təhsil müəssisələrində, özəl qurumlarda və xarici nümayəndəliklərdə Banqladeş bayraqları yarıya qədər endiriləcək. Digər tərəfdən Banqladeşdə cümə namazında Türkiyə üçün dualar ediləcək.
Manşet.az