Vaşinqton Universitetinin Yer Elmləri Departamentindən seysmoloq Harold Tobin Türkiyənin zəlzələlərə ən çox məruz qalan ölkələrdən biri olduğunu qeyd edərək, Kahramanmaraşdakı zəlzələlərlə bağlı fikir bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tobin, episentri Kahramanmaraşda olan zəlzələlərlə bağlı, "24 saatdan az müddətdə iki belə böyük zəlzələ demək olar ki, görünməmiş bir hadisədir. Bunlar təkcə Türkiyədə son illərdə yaşadığımız ən böyük zəlzələlər deyil, həm də son əsrdə və ya daha çox yaşayış məntəqələrində dünyanın ən böyük zəlzələsidir” – deyib.
Manşet.az