Qaziantepdə zəlzələdə dağılan 6 mərtəbəli binanın altında yerləşən mağazanın sütunlarının iş yerinin sahibi tərəfindən daha əvvəl də kəsildiyi iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələdən 30 saat sonra yaralı sağ çıxan Rabia Yılmaz və qızı Gülben Yılmaz yaşadıqları dəhşətli anlardan danışıb. Zəlzələ zamanı oyaq olduğunu bildirən Gülben Yılmaz, "Evdəkiləri oyatdım. Əl-ələ verib evdəkilərlə çöməldik. Üstümüzdə ancaq dağıntılar var idi. O qədər ağır idi ki, nəfəsimiz kəsilirdi. Binamız problemli idi. Valyuta və zərgərlik mağazalarında mağazanı böyütmək üçün sütunlar kəsilmişdi” - deyib.
Manşet.az