Rusiya Fövqəladə Hallar Nazirliyindən Türkiyə ilə bağlı açıqlama verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada, Rusiya lideri Putinin Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkova Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra binaların dağıntıları altında axtarış-xilasetmə işləri aparan rus qruplarının sayını artırmaq göstərişi verdiyi bildirilib.
“Təcili yardım bölgəsində müalicə, cərrahiyyə və reanimasiya şöbələri olan səhra xəstəxanası yerləşdirilib. 40-dan çox həkim tibbi yardım göstərməyə hazırdır”.
Manşet.az