Zelenski Qərb liderlərini sərt şəkildə tənqid etdi

15:52 - 09 Fevral 2023

Zelenski Qərb liderlərini sərt şəkildə tənqid etdi

Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən daha çox silah yardımı tələb edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gələcəyi təqdirdə, dayanmayacağını və eyni şeyi digər ölkələrə də edəcəyini müdafiə edib.

"Rus hücumlarını dayandırmaq üçün hər gün Qərb liderləri ilə danışırdım. Onlardan xahiş etdim ki, bizə daha çox silah versinlər və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etsinlər".

Bu ifadəni işlədən Zelenski Qərb ölkələrini müharibədən əvvəl Rusiyaya qarşı sanksiyalarla bağlı qərar qəbul etmədiklərinə görə tənqid edib:

“Hücumu gözlədilər, hücumdan əvvəl gəlmədilər. Bu cəfəngiyatdır. Bütün ölkələr açıq şəkildə Ukraynanı dəstəkləyir, lakin bizə silahla kömək etməyə gələndə yeni sanksiyalardan çəkinir və geri çəkilirlər. Rusiya konkret olaraq müharibəni uduzur. Bu, 99 faiz ehtimaldır, lakin qərblilər bizə silah vermək istəmədiklərini əsaslandırmaq üçün qalan 1 faizə mərc edirlər”.

Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az