Türkiyə xalqı ilə birlikdə yas saxlayırıq - Peskov

15:57 - 09 Fevral 2023

Türkiyə xalqı ilə birlikdə yas saxlayırıq - Peskov

Peskov zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyənin Moskvadakı səfirliyini ziyarət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səfir Mehmet Samsara başsağlığı verən Peskov, səfirlikdə zəlzələlərdə həyatını itirənlərin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb.

O, “Türk xalqı ilə birlikdə yas saxlayırıq. Türkiyə dəyərli və vacib qonşudur. Biz tarixən bağlıyıq. Bizim ümumi tariximiz var. Tariximiz sadə deyil, amma biz həmişə ən çətin anlarda bir yerdə olmuşuq və bir-birimizə kömək etməyə hazırıq” - deyib.

Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az