Azərbaycanın axtarış-xilasetmə qrupları "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdə dağıntılar altında qalan 45 nəfəri xilas edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilib ki, qruplar Kahramanmaraşda dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirirlər.
Açıqlamada qrupların dağıntılar altında qalan 45 nəfəri xilas etdiyi, 269 nəfərin cəsədinin tapıldığı bildirilib.
Qeyd edək ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə Azərbaycanın 725 əməkdaşı cəlb olunub.
Manşet.az