WhatsApp-ın beta versiyasında səsli mesajların mətnə çevrilməsi funksiyası üzərində iş aparıldığı açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, WhatsApp-ın səsli mesajları mətnə çevirmə funksiyası ilk olaraq 2021-ci ilin payızında yaradılıb, lakin yeni funksiya üzərində iş naməlum səbəblərdən dayandırılıb.
Ən son məlumata görə, tərtibatçılar bu yeni funksionallığı sınaqdan keçirirlər.
Yeni funksiyanın nə vaxt geniş istifadəçilər üçün əlçatan olacağı hələlik bəlli deyil.
Manşet.az