Dağıntılar altında qalan qadınla xilasedicinin dialoqu hər kəsi kövrəltdi - VİDEO

13:31 - 10 Fevral 2023

Dağıntılar altında qalan qadınla xilasedicinin dialoqu hər kəsi kövrəltdi - VİDEO

Zəlzələdən ən çox ziyan çəkən vilayətlərdən biri olan Hatayda çəkilən görüntü qısa zamanda sosial medianın gündəminə çevrilib. 

Manset.az-ın yerli mediaya istinadən məlumatına görə, zəlzələ nəticəsində uçan binanın dağıntıları altında günlərlə xilas olunmağı gözləyən qadının köməyə gələn xilasedici ilə dialoqu hamının ürəyini sızladıb.

Milyonları ağladan gənc qadın xilasediciyə "Heç tanımadığınız insanlar üçün buradasınız. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Çox sağ olun. Bilirsinizmi mən ümidimi kəsmişdim?Dedim indi yatım, onsuz da üşüdüm, nə olursa olsun, onsuz da olacaq."Heç kim gəlib getmir. Belə gəzirdilər. Yəqin girmək istəməyiblər, çünki bu yerdir. çox təhlükəlidir. Onlar haqlıdırlar” – deyib. Onların bu dialoqu insanları kədərləndirib.

Həmin görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az