Dünyada ən çox neçə bal gücündə zəlzələ ola bilər? – Geoloq açıqladı

13:35 - 10 Fevral 2023

Dünyada ən çox neçə bal gücündə zəlzələ ola bilər? – Geoloq açıqladı

Dünya tarixində indiyədək ən böyük zəlzələ 1960-cı il mayın 22-də Çilinin Valdivia şəhərində baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələnin maqnitudası 9,5 olaraq müəyyən edilib. O, tarixə Böyük Çili zəlzələsi kimi düşüb.

ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) qeydlərinə görə, yeraltı təkanlar o qədər güclü olub ki, zəlzələdən sağ çıxan bir adam Soyuq Müharibə səbəbindən onların nüvə silahı ilə hücuma məruz qaldığını zənn edib.

Yer kürəsində 9,5-dən böyük zəlzələnin baş verməsi mümkündürmü? Alimlərin bu suala cavabı “Bəli” olsa da, belə bir vəziyyətin baş vermə ehtimalı çox aşağıdır.

Çünki 9,5-dən böyük zəlzələ yer qabığının nəhəng bir parçasının qırılması, yəni çox dərin və uzun bir qırılmanın hərəkət etməsi deməkdir. Geoloq Vendi Bohon, Yer kürəsində bunun baş verə biləcəyi elə bir yer olmadığını söyləyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az