Ermənistan müdafiə nazirinin müşaviri istefaya göndərildi

13:54 - 10 Fevral 2023

Ermənistan müdafiə nazirinin müşaviri istefaya göndərildi

Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan vəzifəsindən azad edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlayıb. 

Məlumata görə, bu barədə qərarı müdafiə naziri Suren Papikyan imzalayıb. Onun istefaya göndərilmə səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vardan Avetisyan 2016-cı ilin noyabrında müdafiə nazirinin müşaviri təyin edilib. 

Xatırladaq ki, bu gün Ermənistan mediasında Suren Papikyanın istefa verəcəyi barədə məlumat yayılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az