Putinin Federal Məclisə müraciətinin tarixi açıqlandı

15:08 - 10 Fevral 2023

Putinin Federal Məclisə müraciətinin tarixi açıqlandı

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-i Federal Məclisə müraciət edəcək.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

Onun sözlərinə görə, Putinin müraciəti zamanı əsas diqqət cari vəziyyətə yönəldiləcək. 

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatda Putinin ötən ilin dekabrın 27-si Federal Məclisə müraciət edə biləcəyi bildirilirdi. 

Qeyd edək ki, Putin sonuncu dəfə 2021-ci ilin aprelində Federal Məclisə müraciət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az