Hər bir dövlətin öz maraqlarına cavab verən, üçüncü ölkələrə qarşı istiqamətlənməyən və mövcud qüvvələr balansını nəzərə alan beynəlxalq formatlarda iştirak etmək hüququ var.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Əgər Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Cənubi Qafqazdakı ziddiyyətləri nizamlamağa, regionda təhlükəsizlik və sabitliyi möhkəmləndirməyə kömək edəcəksə, o zaman biz bunu ancaq alqışlaya bilərik”, - Rusiya XİN sözçüsü vurğulayıb.
O qeyd edib ki, əgər bu təşəbbüsün arxasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə xələl gətirməyə çalışan Vaşinqton və Brüsselin konturları görünürsə, bu, tamam başqa hekayədir.