Xilasedicilərimiz Türkiyədə zəlzələdən 120 saat sonra möcüzəyə imza atdılar - FOTO

12:01 - 11 Fevral 2023

Xilasedicilərimiz Türkiyədə zəlzələdən 120 saat sonra möcüzəyə imza atdılar - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

 

Manset.az  xəbər verir ki, azərbaycanlı xilasedicilər tərəfindən şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında aşkarlanan Fatma adlı qadın sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN məlumat yayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az