119 saat sonra xilas edilən oğlanın ilk sözləri hər kəsi duyğulandırdı - VİDEO

13:14 - 11 Fevral 2023

119 saat sonra xilas edilən oğlanın ilk sözləri hər kəsi duyğulandırdı - VİDEO

Kahramanmaraşda 119 saat sonra dağıntılar altından sağ çıxarılan lisey şagirdi Kamil Canın ilk sözləri hər kəsi duyğulandırıb.

 

Manset.az BAKU.WS -ə istinadən xəbər verir ki, 16 yaşlı oğlan xilasedicilərdən, "Bu gün neçənci gündür?", - deyə soruşub, ilk istəyi isə su olub.

Kamilin dayısı Haluk Besin sevincindən oğlanı qucaqlayıb, öpərək bağrına basıb.

Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 318 nəfərə çatıb.

Dağıntılar altında qalan80 088 nəfər xilas edilib.

Sözügedən görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az