Türkiyədə saxlanılanların sayı 41 nəfərə çatdı - YENİLƏNDİ

17:24 - 11 Fevral 2023

Türkiyədə saxlanılanların sayı 41 nəfərə çatdı - YENİLƏNDİ

Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılıb. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Hazırda araşdırmalar davam edir.

***

Türkiyənin Şanlıurfa şəhərində uçan binalarda aşkarlanan tikinti qüsurları ilə bağlı 8 nəfər barəsində qanuni tədbir görülüb.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az