Hatayda altımərtəbəli binanın dağıntıları altından ana və övladı sağ çıxarıldı - VİDEO

07:47 - 12 Fevral 2023

Hatayda altımərtəbəli binanın dağıntıları altından ana və övladı sağ çıxarıldı - VİDEO

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda altımərtəbəli binanın dağıntıları altından ana və övladı sağ çıxarılıb.

Manset.az İHA-ya istinadən xəbər verir ki, ana və övladın axtarış-xilasetmə əməliyyatı 9 saat davam edib.

Bildirilib ki, onlar zəlzələdən 141 saat sonra dağıntılar altından xilas ediliblər.

Həkimlərin ilkin yardımından sonra ana və övladı xəstəxanaya qaldırılıblar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az