Türkiyədə zəlzələ qurbanlarının sayı 24 617 nəfərə çatıb - CANLI

08:59 - 12 Fevral 2023

Türkiyədə zəlzələ qurbanlarının sayı 24 617 nəfərə çatıb - CANLI

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

O əlavə edib ki, bu dəqiqəyə kimi yaralı sayı 80 min 278 nəfərdir. 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az