Türkiyənin Antakya şəhərindəki Hatay hava limanının zəlzələ nəticəsində uçuş-enmə zolağı zədələnmişdi. Təmirdən sonra hava limanı fəaliyyətini bərpa edib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu “Twitter” hesabında məlumat verib.
“Biz Hatay hava limanında uçuş-enmə zolağının təmirini başa çatdırdıq, bu gün yenidən istifadəyə verilib”, - nazir yazıb.
Hatay Havalimanı’na kontrol uçağı başarılı bir şekilde iniş gerçekleştirdi. pic.twitter.com/VFiw9G3U9z
— Adil Karaismailoğlu (@akaraismailoglu) February 12, 2023