ABŞ qırıcıları Kanada üzərində uçan naməlum obyekti vurdu - VİDEO

09:16 - 13 Fevral 2023

ABŞ qırıcıları Kanada üzərində uçan naməlum obyekti vurdu - VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Kanada ilə sərhəddə uçan naməlum obyekt vurublar.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat katibi general Pet Rayder açıqlayıb.

Onun sözlərinə görə, sözügedən obyekt ölkə Prezidenti Co Baydenin göstərişinə əsasən Huron gölü üzərində vurulub.

Rayder qeyd edib ki, obyekt yerdə hər hansı məkana qarşı hərbi təhlükə daşımasa da, uçuşların təhlükəsizliyinə təhdid yaradıb.

Məlumata görə,  bu, ABŞ və Kanada ərazisi üzərində vurulan 4-cü obyekt olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az