Türkiyədə zəlzələnin təsir etdiyi Qaziantep şəhərində axtarış-xilasetmə işləri zamanı Sibel Kaya adlı qadın 170 saat sonra sağ çıxarılıb.
Manset.az xəbər verir ki, bu barədə görüntüləri "ensonhaber" yayıb.
Qeyd olunur ki, 40 yaşlı qadın təcili tibbi yardım vasitəsilə xəstənaya aparılıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.


