Kanadada vurulan UNO yadplanetli ola bilər - Pentaqon

12:01 - 13 Fevral 2023

Kanadada vurulan UNO yadplanetli ola bilər - Pentaqon

ABŞ bir neçə gün ərzində Şimali Amerikanın hava məkanında 3 ayrı naməlum obyekt vurub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ dünən gecə öz hava məkanına naməlum obyekt vurub. Bununla, son bir neçə gündə 3 ayrı obyekt vurulub. ABŞ Şimali Amerika Hava Məkanı Müdafiə Komandanlığının rəhbəri general Qlen Vanherk, ABŞ döyüş təyyarələri tərəfindən vurulan obyektlərin Yer kürəsinin xaricindən gəlməsi ehtimalını istisna etmədiklərini ifadə edərək, “Kəşfiyyatın bunu araşdırmasını gözləyirik. Heç bir ehtimalı istisna etmirəm'' – deyib.

Hər cür potensial təhlükəni qiymətləndirdiklərini qeyd edən Vanherk, ilk araşdırmalar zamanı vurulan obyektlərin haradan gəldiyini müəyyən etməyin mümkün olmadığını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az