Kahramanmaraşda baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlərinə qatılmaq üçün Meksikadan gələn qrupun xilasetmə iti Proteo Türkiyədə həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki nəfəri dağıntılar altından xilas edən Proteo üçün mərasim təşkil edilib və mərasimdə “Qəhrəmanlıq əməyinə görə təşəkkür edirik” - ifadəsi işlədilib.
Proteo 2017-ci ildə Mexikoda baş verən zəlzələdən sonra ölkəsində “qəhrəman” elan edilib.
Manşet.az