Fevralın 6-da Türkiyəni sarsıdan zəlzələdən sonra yardım göndərən ilk ölkələrdən biri olan Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Türkiyəyə hər cür yardım etməyə hazır olduqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə ilə fikir ayrılıqları olsa da türk və yunan xalqlarının dost olduğu mesajını verən Mitsotakis, "Həqiqi dostları çətin anlarda görmək olar. Söhbət görünməmiş bir fəlakətdən gedir, heç olmasa iki xalq arasında münasibətlər baxımından yaxşı bir şey baş verməlidir. Xalqlarımız sübut etdilər ki, onları heç nə bir-birindən ayırmır, biz Türkiyə ilə mehriban yaşaya bilərik və son nəticədə münasibətlərimiz çətin anlarda belə daha dərindir” - deyib.
Manşet.az