Kahramanmaraş mərkəzli zəlzələlərin yaralarını sarmağa çalışan Suriyada yardım üstündə oynanan siyasi oyunlar davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Reuters” xəbər agentliyinə danışan Birləşmiş Millətlər Təşkilatının sözçüsü, Əsədin nəzarətində olan ərazidən müxalif bölgələrə göndərilən yardımın Heyət Təhrir əş-Şam (HTŞ) tərəfindən əngəlləndiyini bildirib.
Adının açıqlanmasını istəməyən HTS mənbəsi, "Vəziyyətdən istifadə edən rejimin kömək edirmiş kimi görünməsinə icazə verilmir" - deyə Röyters agentliyinə bildirib.
Manşet.az