Son günlər zəlzələnin ən çox baş verdiyi ölkələrdən biri olan Yaponiyanın zəlzələyə davamlı tikinti sistemi hər kəsin diqqət mərkəzinə çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyada binalar böyük təkanlara asanlıqla tab gətirə bilir. Yaponlar böyük zəlzələlərdən belə sağ çıxırlar. Buna səbəb zəlzələ izolyatorudur.
Onun bir tərəfi təmələ, digəri isə sütunlara bağlanılır. Beləliklə, zəlzələ yüngül hiss olunur, binalar dağılmır. Zəlzələ zamanı üfüqi qüvvənin üst quruluşa ötürülməsinin qarşısını alır. Ona görə də binanın harada olmasının əhəmiyyəti yoxdur. Zəlzələ nə qədər güclü olsa da, üst tikilidə çətinliklə hiss olunur. Beləliklə, struktur zəlzələdən xilas olur.
Manşet.az