Ermənistanın imtina etdiyi hərbi təlimlər bu ölkədə keçiriləcək

12:20 - 14 Fevral 2023

Ermənistanın imtina etdiyi hərbi təlimlər bu ölkədə keçiriləcək

KTMT-nin Ermənistan ərazisində keçirməyi planlaşdırdığı “Sarsılmaz qardaşlıq” adlı təlimləri Qırğızıstanda baş tutacaq.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov açıqlayıb. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-u keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi bu il KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina edib. Paşinyan qeyd edib ki, Ermənistan bu il ölkədə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az