Cənubi Koreya Milli Məclisi Kahramanmaraş mərkəzli zəlzələlər səbəbiylə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə millət vəkillərinin maaşlarının 3 faizinin ianə edilməsi qərarını təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə sürətli dəstək tədbirlərini ehtiva edən qətnamə Cənubi Koreya Milli Məclisinin Ümumi İclasında 229 deputatdan 228-nin təsdiqi ilə qəbul edilib.
Qərarda iki ölkədə axtarış-xilasetmə və bərpa işlərinin dəstəklənməsi, zəlzələ zonasında koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsi, parlament üzvlərinin maaşlarının 3 faizini zəlzələdən zərərçəkənlərə dəstək üçün ianə kimi nəzərdə tutur.
Manşet.az