Qazaxıstan prezidenti Kasım Comert Tokayev Türkiyədə gecə-gündüz axtarış-xilasetmə işlərində iştirak edən komandada olan hər kəsə ölkəyə qayıtdıqdan sonra dövlət medalı veriləcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tokayev çıxışında "Bildiyiniz kimi, bu yaxınlarda Türkiyədə dağıdıcı zəlzələ baş verdi. Mənim göstərişimlə qardaş ölkəyə Qazaxıstandan axtarış-xilasetmə və səhiyyə işçilərindən ibarət dəstə göndərildi. Komandamız bir çox insanlara kömək etdi” – deyib.
Türkiyədə gecə-gündüz axtarış-xilasetmə işlərində çalışan Qazaxıstan komandasına minnətdarlığını bildirmək istədiyini qeyd edən Tokayev, “Sağ-salamat vətənlərinə qayıtdıqdan sonra onların hamısı dövlət medalına layiq görüləcək” – deyə əlavə edib.
Manşet.az