Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Türkiyə və Suriyanın Kahramanmaraş şəhərində baş verən zəlzələdən zərər çəkmiş bölgələrdə Rusiya axtarış-xilasetmə qruplarının işlərini yekunlaşdırdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kurenkov zəlzələ bölgəsində axtarış-xilasetmə qrupları ilə onlayn söhbətində bildirib ki, Rusiya Türkiyə və Suriyada zəlzələdən zərər çəkən insanlara yardıma gələn ilk ölkələrdən biri olub.
Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya qruplarının ən qısa zamanda zəlzələ bölgəsinə göndərildiyini qeyd edən Kurenkov, qrupların zəlzələ günü olan fevralın 6-dan ən çətin bölgələrdə axtarış-xilasetmə işlərinə başladığını bildirib.
O, aralarında psixoloqlar və xüsusi təlim keçmiş itlərin də olduğu 200 nəfərlik bir qrupun Türkiyə və Suriyada çalışdığını ifadə edərək, araşdırmalarla bağlı daim Putinə hesabat verdiyini bildirib.
Axtarış-xilasetmə qruplarının işlərinin başa çatdığını qeyd edən Kurenkov hazırda dağıntıların çıxarılması üçün ağır tikinti texnikasının bölgəyə gəldiyini bəyan edib.
"Bu kontekstdə Rusiya prezidenti Putin Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qruplarını geri çəkmək qərarına gəlib”.
Manşet.az