Yardım kampaniyaları vasitəsilə toplanan maddi yardımların zəlzələ bölgəsində zəlzələdən zərərçəkənlərə paylanması davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bölgəyə göndərilən bir paltonun cibindən çıxanlar zəlzələdən zərər çəkən qadını kövrəldib. Paltonun cibindən keks, vafli, corab, iynə-sap kimi məhsulların çıxıb. Qadın bunları deyib:
“Hardan bildilər ki, necə üşüyürük? Cibindən 4 corab çıxdı. Sizcə bunu edən cəhənnəmə düşərmi? Necə gözəl insanlar var? Allah hamısından razı olsun. O biri cibindən vafli çıxdı, qıyıb yeyə bilmədim”.
Manşet.az