Xalqımla birlikdə bunun da öhdəsindən gələcəyik – Ərdoğan

17:19 - 14 Fevral 2023

Xalqımla birlikdə bunun da öhdəsindən gələcəyik – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD Koordinasiya Mərkəzində çalışan işçilərə müraciət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı “Bu günə qədər olduğu kimi, bundan sonra da millətimlə birlikdə bunun öhdəsindən gələcəyik” – deyib.

Ərdoğanın çıxışından diqqət çəkən məqamlar bunlardır:

“Bu böyük fəlakətin başlanğıcından bu yana AFAD olaraq bütün birliklərinizlə böyük mübarizəni davam etdirdiniz və davam etdirirsiniz. Gecə-gündüz davam edən mübarizə. Bu fəlakəti əsrin fəlakəti də adlandırırlar. Bu, çox da şişirdilmiş bəyanat deyil. Dünyadakı bütün zəlzələdən danışmağa sözü olanlar bizdəki bu fəlakəti belə ifadə edirlər. Ölənlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Vanda, Bingöldə, İzmirdə, sel fəlakətlərində qısa müddətdə inşa etdiyimiz kimi burada da eynisini edəcəyik. Narahat olmayın. Necə ki, bu xalq belə fəlakətlərdən xilas olub, bundan da xilas olacaq. Bizim heç bir narahatlığımız yoxdur.

Millətə verəcəyimiz siqnallarla, mənəviyyatla, AFAD-dan aldığı siqnallarla millətimiz ümidli olacaq. Sizə güvənirik, heç bir narahatlığımız yoxdur. Xalqımla birlikdə bunun öhdəsindən gələcəyik. Çox sağ olun, narahat olmayın”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az